Reklam resmi
Reklam resmi

Paşinyan: Azərbaycan və Ermənistanı yaxınlarda tarixi hadisələr GÖZLƏYİR

Paşinyan: Azərbaycan və Ermənistanı yaxınlarda tarixi hadisələr GÖZLƏYİR
Dünya

“Ermənistan və Azərbaycan arasında sülh prosesi sayəsində ölkənin perspektivləri daha proqnozlaşdırıla bilən hala gəlib, indi əvvəlkindən daha müstəqildir”.

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün dövlətimizin perspektivləri əvvəlkindən daha əmindir, bu, ilk növbədə, 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh sayəsindədir”, - o bildirib.

Paşinyanın sözlərinə görə, Azərbaycan və Ermənistan sülh quruculuğu prosesi çərçivəsində mühüm hadisələr yaşayacaq:

“Yaxın gələcəkdə bizi “Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi, əlbəttə, dövlətlərimiz və xalqlarımız arasında düşmənçiliyin aradan qaldırılmasını təmin edəcək Ermənistanla Azərbaycan arasında Sülh və Dövlətlərarası Münasibətlər haqqında Sazişin imzalanması və təsdiqlənməsi çərçivəsində böyük və tarixi hadisələr gözləyir. Nəhayət, Ermənistanı təxminən 30 illik blokadadan çıxaracaq”.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Azərbaycan

Digər Xəbərlər