"Hizbullah" İsraillə danışıqlardan imtina edib
"Hizbullah" qruplaşmasının baş katibi Naim Qasım İsraillə hər hansı danışıqlar keçirilməsinə qarşı çıxıb.
Ajans.az xəbər verir ki, Qasımın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.
"Hizbullah"ın baş katibi Livan hökumətini müqavimətin daxili potensialı zəiflətməkdə ittiham edib. Bununla yanaşı, ölkənin baş nazirini əməkdaşlığa çağırıb: "Gəlin birlikdə təcavüzə qarşı duraq, sonra hər şey barədə razılığa gələrik".
Mövzular: