Reklam resmi
Reklam resmi

İran və ABŞ nümayəndə heyətləri İslamabaddadır

İran və ABŞ nümayəndə heyətləri İslamabaddadır
Dünya

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın rəhbərliyi altında İslam Respubliklasının nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə gedib.

Ajans.az xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.

Qeyd olunub ki, Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti də müşayiət edirlər.

Mövzular:
ABŞ İran hücum

Digər Xəbərlər