Xamenei atəşkəs qərarını şəxsən ÖZÜ VERİB
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.
Ajans.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim TASS-a açıqlamasında deyib.
"O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndəsini qəbul edir və onlar görüşlər keçirirlər. Atəşkəs qərarını o verib", - İlahi əlavə edib.
Mövzular: