Reklam resmi
Reklam resmi

Bu körpünün yaxınlığında GÜCLÜ PARTLAYIŞ- GÖRÜNTÜLƏR

Bu körpünün yaxınlığında GÜCLÜ PARTLAYIŞ- GÖRÜNTÜLƏR
Dünya

Panama kanalı üzərində yerləşən körpünün alt hissəsində üç yanacaqdaşıyan avtomobil alovlanıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə barədə yerli yanğından mühafizə xidməti "Instagram" sosial şəbəkəsindəki rəsmi hesabında xəbər verib.

Bildirilib ki, hadisə zamanı bir nəfər həlak olub, daha bir neçə şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən şəxsin şirkət işçisi olduğu ehtimal edilir. Məlumata görə o, yanğın zonasında mühasirədə qalaraq oradan çıxa bilməyib və onun həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan bir neçə nəfərin həyatı üçün təhlükənin olmadığı bildirilir - zərərçəkmişlər tibbi müayinə üçün xəstəxanalara yerləşdiriliblər. Yanacaq müəssisəsinin əməkdaşları isə yüngül xəsarətlərlə xilas olublar.

Bildirilib ki, yanacağın partlamasının ardınca alov yaxınlıqda olan yanacaqdaşıyan yük maşınlarına keçib. Alovun daha geniş əraziyə yayılma riskini nəzərə alaraq hadisə yerinə əlavə yanğınsöndürən briqadalar cəlb edilib. Panama kanalı üzərindəki körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Rəsmilər əhaliyə hadisə baş verən bölgədən uzaq durmağı və təcili xidmət avtomobillərinin hərəkətinə maneçilik yaratmamağı tövsiyə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Panama kanalı partlayış

Digər Xəbərlər