İstanbulda İsrail konsulluğuna hücum: 3 nəfər öldürülüb
Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb. İsrail konsulluğuna hücumda iştirak edən 3 nəfər öldürülüb. Türkiyənin ədliyyə naziri Gürlek bildirib ki, İstanbulda İsrail Konsulluğu ətrafında baş verənlərlə bağlı Cumhuriyyət baş prokurorluğu tərəfindən istintaq başladılıb.
Mövzular: