Sumqayıtda kişinin bıçaqla uşaqlara HÜCUM ETDİYİ BİLDİRİLİR-VİDEO
Sumqayıtda bir kişinin əlində bıçaqla uşaqlara hücum etdiyi bildirilir.
Ajans.az xəbər verir ki, bu barədə şəhər sakini sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, yaşadığı 41-ci məhəllənin Şahhuseyn Qəmbərov adlı sakini həyətdə oynayan uşaqlara bıçaqla hücum edir. Hətta 2024-cü ildə qonşunun azyaşlı uşağına bıçaqla xəsarət də yetirib. Paylaşımı edən şəxs bildirib ki, Şahhuseyn Qəmbərov tək yaşayır.
View this post on Instagram