Reklam resmi
Reklam resmi

Qasım Süleymaninin qohumu SAXLANILDI

Qasım Süleymaninin qohumu SAXLANILDI
Dünya

2020-ci ildə öldürülmüş SEPAH-ın "Əl-Qüds" qüvvələrinin keçmiş komandanı, general-mayor Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızı ABŞ-də saxlanılıblar.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Marko Rubio onların qanuni daimi rezident statusunu ləğv edib.

Hazırda hər iki şəxs ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) tərəfindən saxlanılıb. Bundan əlavə, Əfşarın həyat yoldaşına ABŞ-yə giriş qadağan edilib.

Mövzular:
Qasım Süleymani qohum saxlanıldı

Digər Xəbərlər