Tramp Makronu lağa QOYDU
ABŞ prezidenti Donald Trampın Fransa lideri Emmanuel Makronu lağa qoyması ölkədə geniş narazılığa səbəb olub.
Ajans.az xəbər verir ki, bu barədə The Guardian nəşri Agence France-Presse (AFP) agentliyinə istinadən məlumat yayıb.
Fransalı siyasətçilər, o cümlədən Makronun tənqidçiləri belə Trampın açıqlamalarını qəbuledilməz adlandırıblar. “France Insoumise” partiyasının koordinatoru Manuel Bompard bildirib ki, ABŞ prezidentinin bu cür ifadələr işlətməsi yolverilməzdir.
Fransa parlamentinin aşağı palatasının spikeri Yaël Braun-Pivet də Trampın sözlərini sərt tənqid edərək, onları “hər cür tənqiddən aşağı” adlandırıb.
Qeyd edək ki, Tramp daha əvvəl Makronun yaxın zamanda vəzifəsindən gedəcəyini iddia etmişdi.
Mövzular: