Reklam resmi
Reklam resmi

Rusiyada GÜCLÜ PARTLAYIŞ

Rusiyada GÜCLÜ PARTLAYIŞ
Dünya

Rusiyanın Tatarıstan vilayətində yerləşən “Nijnekamskneftexim” zavodunda güclü partlayış baş verib.

Ajans.az yerli mediaya istinadən xəbər veirr ki, hadisə nəticəsində azı 50 nəfər xəsarət alıb. Partlayışın Rusiya və Avropanın ən iri neft-kimya müəssisələrindən birində baş verdiyi bildirilir.

Nijnekamsk şəhərinin meri Radmir Belyayev baş verən fövqəladə hadisəni təsdiqləyib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub.

Sakinlər partlayışdan sonra şəhərdə xəbərdarlıq sirenlərinin səsləndiyini bildiriblər. Yerli media isə yanğının istilik-elektrik stansiyasının yaxınlığında baş verdiyini qeyd edir.

Hadisənin səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya zavod

Digər Xəbərlər