Reklam resmi
Reklam resmi

Rusiyada YouTube-a məhdudiyyət QOYULDU

Rusiyada YouTube-a məhdudiyyət QOYULDU
Dünya

Moskva Şəhər Məhkəməsi Rusiyada YouTube platformasına tətbiq olunan məhdudiyyətlərin qanuni olduğu barədə qərar çıxarıb.

Ajans.az xəbər verir ki, bu barədə məlumat Moskva ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalında yayımlanıb.

Məlumata əsasən, məhkəmə keçmiş “Birinci Kanal” aparıcısı Fəridə Kurbanqaleevanın apellyasiya şikayətinə baxaraq onu təmin etməyib. O, daha əvvəl Taqanski Rayon Məhkəməsinin qərarından şikayət vermişdi.

Qeyd olunur ki, Kurbanqaleeva əvvəlcə Roskomnadzora qarşı iddia qaldıraraq qurumun Rusiyada YouTube-a tətbiq etdiyi məhdudiyyətləri qanunsuz hesab etdiyini bildirmişdi. Lakin Taqanski Rayon Məhkəməsi onun belə bir iddia qaldırmaq hüququnun olmadığını əsas gətirərək müraciəti rədd edib.

Bundan sonra tərəf apellyasiya şikayəti versə də, Moskva Şəhər Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya YouTube

Digər Xəbərlər