Reklam resmi
Reklam resmi

İsraildə həyəcan TƏBİLİ- Ciddi narahatlıq YARANIB

İsraildə həyəcan TƏBİLİ- Ciddi narahatlıq YARANIB
Dünya

Yaxın Şərqdə balansları sarsıda biləcək yeni bir blokmu formalaşır? "The Jerusalem Post" qəzetinin təhlilinə görə, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı yeni diplomatik xətt İsraildə ciddi narahatlıq doğurub. 

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ–İran münasibətlərində fəallaşan bu dördlük bölgədə güc balansını kökündən dəyişə bilər. ABŞ prezidenti Donald Trampın İrana qarşı hücum planını dayandıraraq danışıqlara üstünlük verməsində Türkiyə, Misir və Pakistanın vasitəçiliyinin mühüm rol oynadığı bildirilir. Lakin pərdəarxasında Səudiyyə Ərəbistanının da daxil olduğu daha geniş koordinasiya diqqət çəkir.

Bu inkişaf təkcə diplomatik təşəbbüs deyil, həm də Yaxın Şərqdə yeni güc oxunun formalaşması kimi qiymətləndirilir.

"The Jerusalem Post" qəzetində dərc olunan diqqətçəkən təhlil göstərir ki, bölgədə balanslar İsrailin əleyhinə kəskin şəkildə dəyişir. Türkiyə, Misir və Pakistanın ABŞ ilə İran arasında danışıqlarda oynadığı vasitəçi rolu, İsrailin bölgədəki təsirini zəiflədə biləcək yeni bir ittifaqın xəbərçisi kimi dəyərləndirilir.

ABŞ prezidenti Donald Trampın İrandakı enerji obyektlərinə hücum planını dayandıraraq danışıqlara başlama qərarı bölgədə böyük rezonans doğurub.

Bu mühüm qərarın arxasında Türkiyə, Misir və Pakistanın apardığı gizli diplomatiyanın dayandığı qeyd olunur. İlk baxışda bir-birindən uzaq görünən bu dörd ölkənin yaxınlaşması, 7 oktyabr 2023-cü ildə baş verən “Əl-Əqsa tufanı” əməliyyatından sonra formalaşan və ortaq maraqlara əsaslanan yeni regional nizamın tərkib hissəsi kimi qiymətləndirilir.

Riyaddan doğan güc: “Səkkizli qrup” və təhlükəsizlik platforması

Bu yeni formalaşmanın kökləri 2023-cü ilin noyabrında Qəzza mövzusu ilə keçirilən və 57 İslam ölkəsini bir araya gətirən Riyad sammitinə gedib çıxır. Sammitdən sonra yaradılan və tərkibində Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İordaniya, Misir, İndoneziya, Pakistan və BƏƏ-nin olduğu heyət böyük dövlətlərlə təmas quraraq regional sabitliyi təmin etməyi qarşısına məqsəd qoyub.

Ən diqqətçəkən hadisə isə 2024-cü ilin martında Riyadda keçirilən və Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin iştirak etdiyi görüş olub. Bu dördlük regional çağırışlara qarşı yeni təhlükəsizlik platforması yaratmaq və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

İsrailin narahatlığı: regional təcrid və Türkiyənin yüksəlişi

"The Jerusalem Post" qəzetinin təhlilinə görə, İsrailin strateji dairələrində ən böyük narahatlıq ölkənin bölgədə getdikcə təcrid olunmasıdır.

Təhlillərə əsasən, İranın zəifləməsi fonunda yaranan liderlik boşluğunu doldurmağa ən yaxın namizəd Türkiyə hesab olunur.

Misirin təsirinin azalması və Səudiyyə Ərəbistanının ehtiyatlı hərbi siyasəti fonunda Türkiyənin həm inkişaf etmiş müdafiə sənayesi, həm də NATO üzvlüyü ilə bölgənin əsas müsəlman liderinə çevrilməsi İsraildə narahatlıq yaradır.

Böyük güclərin potensialı: 500 milyonluq əhali və strateji resurslar

İsraili narahat edən bu yeni “dördlü” ittifaqın (Misir, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı) ümumi əhalisi 500 milyona yaxındır. Bu ittifaqın sahib olduğu strateji üstünlüklər isə olduqca əhəmiyyətlidir:

Pakistan: Nüvə silahına malik yeganə müsəlman dövləti Səudiyyə Ərəbistanı: Dünyanın üçüncü ən böyük neft tədarükçüsü və İslam dünyasının müqəddəs məkanlarının qoruyucusu Türkiyə: Güclü iqtisadiyyat, inkişaf etmiş müdafiə sənayesi və NATO-nun əsas üzvlərindən biri Misir: Qlobal ticarətin mühüm arteriyası olan Süveyş kanalına nəzarət edir

Bu amillər birlikdə bölgədə yeni güc balansının formalaşmasına zəmin yaradır.

Mövzular:
İsrail

Digər Xəbərlər