Reklam resmi
Reklam resmi

"Lans" - PSJ oyunu təxirə salındı

\"Lans\" - PSJ oyunu təxirə salındı
İdman

Fransa Liqa 1-in 29-cu turunun "Lans" - PSJ oyunu təxirə salınıb.

Ajans.az xəbər verir ki, bu addım Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşa bilməsi səbəbindən atılıb.

Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Çünki "Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi. Buna baxmayaraq, Fransa çempionatının təşkilatçıları "Lans"ın maraqlarını nəzərə almadan paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıblar.

Mövzular:
Fransa Liqa "Lans" PSJ

Digər Xəbərlər