Reklam resmi
Reklam resmi

Mədəniyyət naziri konfransda çıxış edib

Mədəniyyət naziri konfransda çıxış edib
Cəmiyyət

İyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan elmi-praktik konfransda iştirak edib. 

Ajans.az xəbər verir ki, “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunan konfransda çıxış edən Adil Kərimli Azərbaycan muğam sənətinin xalqımızın milli-mədəni kimliyində xüsusi yer tutduğunu vurğulayıb. 

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərildiyini diqqətə çatdırıb.  Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunub yaşadılması, ölkəmizdə və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verən müxtəlif səpkili layihələr həyata keçirilir.

Mövzular:
Mədəniyyət naziri konfransda çıxış

Digər Xəbərlər