Reklam resmi
Reklam resmi

Qırğızıstan Prezidenti nəvələrinə smartfonları QADAĞAN EDİB

Qırğızıstan Prezidenti nəvələrinə smartfonları QADAĞAN EDİB
Dünya

Qırğızıstan Prezidenti Sadır Japarov uşaqların və yeniyetmələrin smartfonlardan həddindən artıq istifadəsinə qarşı olduğunu bildirib.

Ajans.az xəbər verir ki, onun sözlərinə görə, nəvələrinə smartfon verilməsini qadağan etdiyini açıqlayaraq valideynləri də övladlarına daha çox vaxt ayırmağa çağırıb.

“Misal üçün, nəvələrimə smartfon verilməsinə icazə vermirəm. Valideynlərdən xahiş edirəm ki, uşaqları ilə oynasınlar, onlarla söhbət etsinlər. Bir çox valideyn sakitlik əldə etmək üçün uşaqların əlinə telefon verir. Bəzən evdə heç kim onlarla ünsiyyət qurmur”, – deyə Japarov bildirib.

Prezident qeyd edib ki, əvvəlki nəsillər ailə daxilində daha çox ünsiyyət qururdu:

“Məktəbdən evə qayıdanda valideynlərimizlə çay süfrəsi arxasında əyləşirdik. Onlar öz təcrübələrini bizimlə bölüşür, müxtəlif hekayələr danışırdılar.”

Sadır Japarov vurğulayıb ki, smartfonlardan həddindən artıq istifadə problemi təkcə Qırğızıstana xas deyil və dünyanın bir çox ölkələrində müşahidə olunur.

Onun sözlərinə görə, valideynlər uşaqlara ölkənin tarixini, milli adət-ənənələri və dəyərlərini öyrətməklə bu problemin təsirlərini azalda bilərlər.

“Birlikdə çalışaraq uşaqlarımıza tariximizi, mədəniyyətimizi və ənənələrimizi öyrətməliyik”, – deyə Qırğızıstan lideri əlavə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qırğızıstan Sadır Japarov

Digər Xəbərlər