Reklam resmi
Reklam resmi

Rusiyanın 53 regionunda yanacaq satışına məhdudiyyət QOYULDU

Rusiyanın 53 regionunda yanacaq satışına məhdudiyyət QOYULDU
Dünya

Rusiyada yanacaq çatışmazlığı fonunda benzin və dizel yanacağının satışına tətbiq edilən məhdudiyyətlər genişlənməkdə davam edir. Ukraynanın Rusiya neft emalı zavodları və neft anbarlarına endirdiyi dron zərbələri nəticəsində ölkənin neft emalı sektoru ciddi çətinliklərlə üzləşib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanacaq böhranı artıq Rusiyanın 53 regionunu əhatə edir. Hakimiyyət orqanları isə vəziyyəti nəzarətdə saxlamaq məqsədilə bir sıra bölgələrdə yanacaq satışına limitlər tətbiq edir.

“Kommersant” qəzetinin yazdığına görə, iyunun 23-dən etibarən Voronej vilayətində fəaliyyət göstərən Lukoil yanacaqdoldurma məntəqələrində birdəfəyə maksimum 30 litr benzin və 60 litr dizel yanacağı satılacaq. Magistral yollar üzərində yerləşən məntəqələrdə isə limit 60 litr benzin və 200 litr dizel olaraq müəyyən edilib.

Omsk vilayətinin qubernatoru Vitali Xotsenko da “süni ajiotaj və spekulyasiyanın qarşısını almaq” məqsədilə bölgədə bir avtomobilə maksimum 40 litr benzin və 80 litr dizel yanacağının satılacağını açıqlayıb.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, bəzi yanacaqdoldurma məntəqələri artıq satışa məhdudiyyət tətbiq edib, bəziləri isə yanacaq satışını tamamilə dayandırıb. Onun sözlərinə görə, yaranmış vəziyyət səbəbindən regional hakimiyyət orqanları “əl ilə idarəetmə” rejiminə keçməyə məcbur qalıb.

Saratov vilayətinin qubernatoru Roman Busargin isə iyunun 23-dən 30-dək hər avtomobilə 30 litrdən artıq benzin satışının qadağan edildiyini açıqlayıb.

Oxşar məhdudiyyətlərin Amur, Tambov, Lipetsk, Tula, Tver və Vladimir vilayətlərində də tətbiq olunduğu bildirilir. Mütəxəssislər hesab edirlər ki, neft emalı infrastrukturuna hücumların davam etməsi halında yanacaq bazarında vəziyyət daha da gərginləşə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər