Reklam resmi
Reklam resmi

Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ
Cəmiyyət

Xırdalan şəhərinin bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

Ajans.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin Mehdi Hüseynzadə, Cabir Novruz, Əhməd Cavad, Cəbrayıl Hüseynov, Firudin Köçərli, Rəşid Behbudov küçələrinin, Quşçuluq massivinin və "Mexkalon" ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mövzular:
Qaz xırdalan Azəriqaz

Digər Xəbərlər