Reklam resmi
Reklam resmi

YAŞAT düşərgəsinin ikinci həftəsi BAŞLAYIB

YAŞAT düşərgəsinin ikinci həftəsi BAŞLAYIB
Cəmiyyət

“YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.

Ajans.az xəbər verir ki, 10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib.

İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar. 

Gün ərzində psixoloqlar ilə görüş, uşaq parkında əyləncə proqramı təşkil olunub.

ASAN Radio və ASAN TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında estrada müğənnisi Elçin Cəfərovun çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Mövzular:
Yaşat düşərgəsi

Digər Xəbərlər