Reklam resmi
Reklam resmi

Türkiyədə ata 13 yaşlı qızının gözü qarşısında öldürüldü!

Türkiyədə ata 13 yaşlı qızının gözü qarşısında öldürüldü!
Kriminal

Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonunun Eldirek məhəlləsində qonşular arasında baş verən silahlı mübahisə faciə ilə nəticələnib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, 62 yaşlı O.K. qonşuları – 42 yaşlı Ramazan Çalışkan, onun həyat yoldaşı 40 yaşlı E.Ç. və 13 yaşlı qızları E.Ç.-yə ov tüfəngi ilə atəş açıb.

Hadisə nəticəsində Ramazan Çalışkan, həyat yoldaşı E.Ç. və qızları E.Ç. yaralanıblar. Məlumat daxil olduqdan sonra hadisə yerinə səhiyyə və jandarma əməkdaşları cəlb edilib. Xəstəxanaya çatdırılan yaralılardan Ramazan Çalışkan həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.

Hadisədən sonra saxlanılan şübhəli O.K. jandarmadakı istintaq tədbirlərindən sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Digər tərəfdən, hadisə anını əks etdirən təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Türkiyə ölüm cinayət kriminal

Digər Xəbərlər