Reklam resmi
Reklam resmi

Universitetlərə qəbulda rekord qıran ŞƏHƏR

Universitetlərə qəbulda rekord qıran ŞƏHƏR
Cəmiyyət

Sumqayıt ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə ölkənin böyük şəhərləri arasında lider mövqedə qərarlaşıb.

Ajans.az xəbər verir ki, bu barədə nəticələr Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.

Məlumatlara əsasən, Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Bu göstəricilər respublika üzrə orta nəticələri üstələyir. Belə ki, ölkə üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib.

Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərində də Sumqayıt ön sıradadır. Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olub.

Təhlillər göstərir ki, Sumqayıt həm ümumi qəbul, həm də dövlət sifarişi üzrə qəbul göstəricilərinə görə ölkənin iri şəhərləri arasında ən yüksək nəticələrdən birini nümayiş etdirib.

Mövzular:
Təhsil abituriyent

Digər Xəbərlər