Reklam resmi
Reklam resmi

Türkiyədə ana və körpə yüksək mərtəbəli binadan YIXILDI-Körpə SAĞ QALDI

Türkiyədə ana və körpə yüksək mərtəbəli binadan YIXILDI-Körpə SAĞ QALDI
Hadisə

Türkiyənin Gaziantep şəhərində ağır faciə baş verib. İddiaya görə, bir qadın 8-ci mərtəbədə yerləşən mənzildən azyaşlı oğlu ilə birlikdə özünü aşağı atıb.

Ajans.az xəbər verir ki, hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin müayinəsi zamanı ananın hadisə yerində həyatını itirdiyi müəyyən edilib. Ağır yaralanan uşaq isə xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilir. 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Polis əməkdaşları və prokurorluq tərəfindən faktla bağlı araşdırma aparılır. Hadisənin başqa səbəblərlə əlaqəli olub-olmadığı istintaq nəticəsində dəqiqləşəcək.

Mələksəda Ziyad

Mövzular:
Ölüm qəza Türkiyə

Digər Xəbərlər