Reklam resmi
Reklam resmi

Göz qapağı geyiminin zəncirbəndinə ilişən vətəndaşa YARDIM EDİLDİ

Göz qapağı geyiminin zəncirbəndinə ilişən vətəndaşa YARDIM EDİLDİ
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.

Mövzular:
FHN Sabunçu kömək yardım

Digər Xəbərlər