Reklam resmi
Reklam resmi

Fransabu ölkələrə ayrı-seçkilikdə ittiham olunub

Fransabu ölkələrə ayrı-seçkilikdə ittiham olunub
Dünya

"Human Rights Watch", "(RE) Claim" və "Maison communautaire pour un développement solidaire" (MCDS) hüquq-müdafiə təşkilatlarının iddiasına görə, Fransa polisi ərəb və Afrika mənşəli gənclərə qarşı ayrı-seçkilik məqsədilə ictimai asayişin xırda pozuntularına görə mütəmadi olaraq cərimələr tətbiq edir.

Ajans.az xəbər verir ki, bu barədə iyunun 17-si dərc edilmiş "Polis təqiblərinin bədəli" (Paying the Price of Police Harassment) adlı məruzədə bildirilib.

Tədqiqat 2025–2026-cı illərdə Paris və onun ətraf ərazilərində götürülmüş 42 müsahibəyə əsaslanır. Müəlliflər iddia edirlər ki, polis müntəzəm olaraq "sehrli trio" adlandırılan – ictimai yerlərdə səs-küy, zibil və adətən "çirkləndirici mayelərin icazəsiz atılması"na görə cərimələr yazır.

Mövzular:
fransa ərəb afrika

Digər Xəbərlər