Reklam resmi
Reklam resmi

Tramp: Mən prezident olmasaydım, İsrail bu gün mövcud olmazdı

Tramp: Mən prezident olmasaydım, İsrail bu gün mövcud olmazdı
Dünya

ABŞ Prezidenti Donald Tramp İsrailin təhlükəsizliyi ilə bağlı növbəti diqqətçəkən açıqlama verib.

Ajans.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-ın dəstəyi və onun prezidentliyi dövründə atılan addımlar olmasaydı, İsrailin mövcudluğu ciddi təhlükə altında qalardı.

“Əgər Amerika Birləşmiş Ştatları olmasaydı, mənim prezident olduğum dövrdə İsrail hazırda mövcud olmazdı. O, 100 faiz yer üzündən silinmiş olardı”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri açıqlamasında Vaşinqtonun İsrailə verdiyi siyasi, hərbi və diplomatik dəstəyin ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

Trampın bu bəyanatı beynəlxalq ictimaiyyətdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. ABŞ və İsrail arasında strateji tərəfdaşlıq uzun illərdir Yaxın Şərq siyasətinin əsas elementlərindən biri hesab olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İsrail Benyamin Netanyahu Yaxın Şərq Livan

Digər Xəbərlər