Reklam resmi
Reklam resmi

Bakıda yanğın BAŞ VERİB

Bakıda yanğın BAŞ VERİB
Hadisə

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175kv.m. olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50kv.m. sahədə yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Bakı yanğın hadisə

Digər Xəbərlər