Reklam resmi
Reklam resmi

Ermənistanda mitinq KEÇİRİLİR: Yeni səsvermə tələb olunur

Ermənistanda  mitinq KEÇİRİLİR: Yeni səsvermə tələb olunur
Gündəm

Ermənistan Mərkəzi Seçki Komissiyasının qarşısında müxalifət mitinqi keçirilir və parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi, yeni səsvermənin keçirilməsi tələb olunur.

Ajans.az xəbər verir ki, Milli Məclis üzvü Geqam Manukyan bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki nəticələrinin saxtalaşdırılmasına şərait yaradıb və faktiki olaraq "Baş nazir Nikol Paşinyanın hərəkətlərinin əlbirinə" çevrilib.

"Bu gün burada toplaşanlar Nikolun səs oğurluğuna "yox" demək üçün gəliblər. Son doqquz ildə Paşinyan həmişə onun cinayətlərində əlbir tapmağa çalışıb və minlərlə insanı günahlandırıb", - Manukyan bildirib.

Mövzular:
Ermənistan Milli Məclis Ermənistan Mərkəzi Seçki Komissiyası müxalifət mitinqi Geqam Manukyan Nikol Paşinyan

Digər Xəbərlər