Reklam resmi
Reklam resmi

Ölkəmizə repatriasiya edilən 23 nəfərlə bağlı psixososial dəstək tədbirlərinə başlanıb

Ölkəmizə repatriasiya edilən 23 nəfərlə bağlı psixososial dəstək tədbirlərinə başlanıb
Cəmiyyət

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş 7-is qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaşımız Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Ajans.az-a Əmək və Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. 

Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Mövzular:
Azərbaycan Sosial Xidmətlər Agentliyi

Digər Xəbərlər