"Barselona" "Real Madrid"in prezidentini hədələdi
"Barselona" bəyanat yayaraq, "Real Madrid"in prezidenti Florentino Peresin Kataloniya klubunun ünvanına daha əvvəl səsləndirdiyi fikirlərdən geri çəkilməyəcəyi təqdirdə ona qarşı böhtan iddiası qaldıracağını açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə "Barselona" klubunun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Florentino Peresin mayın 12-də keçirdiyi mətbuat konfransında və mediaya verdiyi müsahibələrdə səsləndirdiyi bəyanatlarla bağlı ona qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırılmazdan əvvəl icbari barışıq vəsatəti təqdim edilib.
Mövzular: