Reklam resmi
Reklam resmi

Elon Maskın “ilk trilyoner” statusu şübhə altındadır

Elon Maskın “ilk trilyoner” statusu şübhə altındadır
Dünya

Amerikalı milyarder Elon Maskın tarixin ilk trilyoneri ola biləcəyi ilə bağlı iddialar yenidən müzakirə mövzusuna çevrilib.

Ajans.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Maskın sərvətinin trilyon dollara çatması ilə bağlı hesablamalar əsasən SpaceX səhmlərinin gələcək dəyərinə əsaslanır. Lakin həmin səhmlərin bir hissəsi xüsusi şərtlərlə bağlıdır və yalnız müəyyən strateji məqsədlər, o cümlədən Marsın koloniyalaşdırılması kimi layihələr həyata keçirildiyi halda tam gəlir gətirə bilər.

Qeyd edilir ki, bu aktivlər nəzərə alınmadan Maskın sərvəti hələlik trilyon dollar həddinə çatmayıb və onun rəsmi olaraq “trilyoner” kimi tanınması mübahisəlidir.

Məlumata görə, SpaceX səhmlərinin ticarətinə iyunun 12-də başlanılıb. Analitiklərin hesablamalarına əsasən, səhmlərin qiyməti 140 dollara yüksələcəyi təqdirdə, Mask kosmik şirkətlə bağlı aktivləri nəzərə alınmaqla “kağız üzərində trilyoner” statusuna yaxınlaşa bilər.

Ekspertlər isə bildirirlər ki, belə qiymətləndirmələr əsasən bazar dəyərinə əsaslanır və real nağd sərvəti tam əks etdirmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Elon Mask X ABŞ

Digər Xəbərlər