Rusiyanın beynəlxalq ehtiyatları 749,7 milyard dollara çatdı
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 29 may – 5 iyun tarixləri arasında 1 milyard dollar artaraq 749,7 milyard dollara çatıb.
Ajans.az verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, ölkənin beynəlxalq ehtiyatları 29 may tarixinə 748,7 milyard dollar təşkil edib. Beləliklə, ehtiyatların həcmi bir həftə ərzində 1 milyard dollar artıb.
Mövzular: