Reklam resmi
Reklam resmi

Edi Rama İlham Əliyevi təbrik edib

Edi Rama İlham Əliyevi təbrik edib
Xarici siyasət

Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Ajans.az məktubu təqdim edir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mövzular:
Prezident İlham Əliyev təbrik Edi Rama

Digər Xəbərlər