Reklam resmi
Reklam resmi

İran İsrailə qarşı hərbi əməliyyatları DAYANDIRDI

İran İsrailə qarşı hərbi əməliyyatları DAYANDIRDI
Dünya

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı bəyanat yayaraq İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını açıqlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri “sionist rejimə ağrılı cavab” verib və bundan sonra əməliyyatlar dayandırılıb.

Eyni zamanda qeyd olunub ki, Livanın cənubunda və Dahiya bölgəsində baş verən hadisələr fonunda bu addım atılıb və əməliyyatlar məzlum Livan xalqına dəstək məqsədi daşıyıb.

Açıqlamada vurğulanıb ki, əgər gələcəkdə hücumlar və “təcavüz əməlləri” davam edərsə, daha sərt cavab tədbirləri görüləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
SEPAH İran İsrail

Digər Xəbərlər