Reklam resmi
Reklam resmi

Antoniu Joze Sequru İlham Əliyevə təbrik ÜNVANLAYIB

Antoniu Joze Sequru İlham Əliyevə təbrik ÜNVANLAYIB
Xarici siyasət

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ajans.az  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.

Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm.

Cənab Prezident, səmimi təbriklərimi bir daha təkrarlayaraq, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mövzular:
Azərbaycan Prezident İlham Əliyev Portuqaliya Antoniu Joze Sequru Təbrik məktubu

Digər Xəbərlər