Reklam resmi
Reklam resmi

Ərdoğan və Paşinyan arasında telefon danışığı

Ərdoğan və Paşinyan  arasında telefon danışığı
Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.

Ajans.az  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Baş nazir Paşinyanı 51 yaşının tamam olması münasibətilə təbrik edib”, – deyə məlumatda bildirilib.

Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb və təmasların intensivləşməsindən məmnunluq ifadə ediblər.

“Xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət prosedurlarının qurulması barədə qərar, eləcə də Ermənistanın ixracı və ölkəyə idxalın həyata keçirilməsi məqsədilə Axalkalaki (Gürcüstan) – Qars (Türkiyə) dəmir yolunun açılması qeyd olunub”, – deyə məlumatda bildirilir.

Mövzular:
Ermənistan Nikol Paşinyan Türkiyə Rəcəb Tayyib Ərdoğan telefon danışığı

Digər Xəbərlər