"Fulhem" Marku Silva ilə yollarını ayırdı
"Fulhem" klubu baş məşqçi Marku Silva ilə yollarını ayırdığını rəsmən elan edib.
Ajans.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Biz təsdiq edə bilərik ki, Marku Silva bu yay vəzifəsini tərk edəcək. Onun 5 il davam edən fəaliyyəti uğurlu dövr olub", - deyə klubun açıqlamasında bildirilir.
Mövzular: