Arda Gülər mövsümün ən yaxşısı seçilib
“Real Madrid”də oynayan türkiyəli futbolçu Arda Gülər UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Ajans.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edilib ki, bu mövsüm Çempionlar Liqasında "Bavariya"ya qarşı dörddəbir final matçın hər iki qolunu vuran futbolçu, eyni zamanda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mövzular: