Oman sahillərində tankerə hücum edildi
Böyük Britaniya Krallıq Donanmasının (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində tankerin atəşə tutulduğunu və yanacağın bir hissəsinin dənizə axdığını açıqlayıb.
Ajnas.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Məlumata görə, insident Maskat şəhərindən 60 dəniz mili (təxminən 111 kilometr) şərqdə qeydə alınıb. Tankerin kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayış baş verdiyini bildirib.
Mövzular: