Temmi Abraham nadir göstəriciyə imza atıb
"Aston Villa"nın hücumçusu Temmi Abraham UEFA Avropa Liqasının 2025/2026 mövsümünün finalında "Frayburq" klubuna qarşı qazanılan qələbədən (3:0) sonra hər üç əsas avrokubokda çempionluq sevinci yaşayan dünyadakı ikinci futbolçu olub.
Ajans.az xəbər verir ki, bu barədə Birmingem klubunun rəsmi "X" (keçmiş "Twitter") hesabı məlumat yayıb.
28 yaşlı hücumçu fərqli klubların heyətində UEFA-nın üç fərqli turnirində kubok qazanaraq nadir bir göstəriciyə imza atıb.
Mövzular: