Reklam resmi
Reklam resmi

Azərbaycanda polkovnik-leytenant VƏFAT ETDİ-FOTO

Azərbaycanda polkovnik-leytenant VƏFAT ETDİ-FOTO
Hərbi

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.

Ajans.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.

Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

Keçmiş batalyon komandiri vəfat etdi - FOTO

Mövzular:
polkovnik-leytenant ölüm hərbi

Digər Xəbərlər