"Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib
Azərbaycan Premyer Liqasının XXXII turunda daha bir matç keçirilib.
Ajans.az xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"da baş tutan matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Patrik Andrade (36) və Ramon Maçado (76) vurublar.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 27 xala malik "Kəpəz" isə 10-cudur.
Mövzular: