Tanınmış şairin həyat yoldaşı VƏFAT ETDİ
Yazıçı, dramaturq, ədəbiyyatşünas, incəsənət tarixçisi və şair Andrey Voznesenskinin həyat yoldaşı, tanınmış ədəbiyyatşünas və ictimai xadim Zoya Boquslavskaya 102 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Voznesenski Mərkəzi məlumat yayıb.
Mərkəzin bəyanatında deyilir:
"Təəssüflə bildiririk ki, bu səhər Zoya Borisovna Boquslavskaya vəfat edib. O, Voznesenski Mərkəzinin ilham mənbəyi, Andrey Voznesenski Fondunun rəhbəri, əfsanəvi və görkəmli qadın, bütöv bir dövrün simvolu idi."
Mövzular: