Reklam resmi
Reklam resmi

Trampı Çin səfərində onlar müşayiət edəcək

Trampı Çin səfərində onlar müşayiət edəcək
Dünya

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset ABŞ Prezidenti Donald Trampı Çinə səfəri zamanı Amerika korporasiya rəhbərlərindən ibarət böyük nümayəndə heyətinin müşayiət edəcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

"Güman edirəm, Prezidentlə birlikdə olacaq insanların böyük, daha doğrusu, kifayət qədər böyük siyahısını görəcəyik", - Hasset "Boeing" və "Citigroup" şirkətləri rəhbərlərinin səfərdə iştirakı ilə bağlı xəbərləri şərh edərkən bildirib. Lakin o, biznes nümayəndə heyətinin mümkün tərkibini açıqlamayıb.

K.Hasset həmçinin Trampla Çin Sədri Si Cinpin arasındakı münasibətləri güclü və yaxın adlandırıb.

Onun sözlərinə görə, ABŞ liderinin Pekinə səfərinin nəticələrinə əsasən "Amerika işçiləri və firmalar üçün çoxlu xoş xəbər" gözlənilir.

Trampın Çinə səfəri 14-15 maya planlaşdırılıb.

Mövzular:
ABŞ Ağ Ev Milli İqtisadi Şura Kevin Hasset Donald Tramp Çin Səfər Amerika korporasiya rəhbərləri

Digər Xəbərlər