Reklam resmi
Reklam resmi

Vulkan püskürdü: 20 turist itkin düşdü

Vulkan püskürdü: 20 turist itkin düşdü
Hadisə
308

İndoneziyanın Dukono dağında vulkan püskürməsi nəticəsində 20 turist itkin düşüb.

Ajans.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatına polis də daxil olmaqla onlarla əməkdaş cəlb olunub. İtkin düşən turistlərdən 9-u Sinqapur, digərləri isə İndoneziya vətəndaşlarıdır.

Yerli hakimiyyət orqanları bölgə sakinlərini və turistləri vulkan kraterinə 4 kilometrdən artıq yaxınlaşmamağa çağırıb. Mütəxəssislər həmçinin güclü yağışlar zamanı vulkanik palçıq axınları təhlükəsi barədə xəbərdarlıq ediblər.

Mövzular:
vulkan püskürməsi 20 turist itkin

Digər Xəbərlər