Zəncirvari QƏZA: Yaralılar var
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "BMW", "Hyundai " ,"Ford Fusion " və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır. (unikal)
Mövzular: