Reklam resmi
Reklam resmi

Alen Simonyan İstanbulda Sahibə Qafarova ilə GÖRÜŞƏCƏK

Alen Simonyan İstanbulda Sahibə Qafarova ilə GÖRÜŞƏCƏK
Siyasət

İstanbulda baş tutacaq Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında Milli Məclisin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Ajans.az ArmenPress-ə istinadən xəbər verir ki, bu barədə Alen Simonyan məlumat verib.

Qeyd edilib ki, tədbir çərçivəsində eləcə də Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşün keçirilməsi planlaşdırılır.

"Tədbirdə dünyanın bir çox ölkələrinin parlament rəhbərlərinin iştirakı gözlənilir. Hazırkı məqamda azərbaycanlı və gürcüstanlı həmkarlarımla görüşlərin keçirilməsi nəzərdə tutulub", - deyə Simonyan əlavə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Alen Simonyan Sahibə Qafarova

Digər Xəbərlər