Reklam resmi
Reklam resmi

Xocavənddə icra hakimiyyətində yeni təyinat

Xocavənddə icra hakimiyyətində yeni təyinat
Cəmiyyət

Vüsal Şirinov Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib.

Ajans.az xəbər verir ki, Xocavənd rayon Qaradağlı kənd sakini, Vüsal Şirinov 07 avqust 2000-ci il tarixində anadan olub. 2006-ci ildə birinci sinifə daxil olub və 2017-ci ildə Xocavənd 4 saylı tam orta məktəbdən məzun olub. 2017-2021-ci illərdə Sumqayıt Dövlət Universietində Menecment ixtisası üzrə təhsil alıb.

Vüsal Şirinov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə 23 sentyabr 2024-cü il tarixində elan edilən müsabiqənin müsahibə mərhələsindən 4 fevral 2025-ci il tarixində müvəffəqiyyətlə keçib və ehtiyat kadrlar siyahısına daxil edilib.

Müvafiq vəzifə vakant olduğu üçün Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib.(unikal)

Mövzular:
xocavənd vəzifə

Digər Xəbərlər