Reklam resmi
Reklam resmi

Buffon İtaliya millisindən ayrıldı

Buffon İtaliya millisindən ayrıldı
İdman

İtaliya millisində növbəti istefa gerçəkləşib.

Ajans.az xəbər verir ki, Canluici Buffon yığmanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrıldığını açıqlayıb.

Sabiq qapıçı sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətdən dərhal sonra vermək niyyətində olub:

"İtaliyanın səfərdəki məğlubiyyətindən sonra istefa vermək istəyirdim. Lakin məndən qərarımı yenidən nəzərdən keçirməyim istənildi. Qabriele Qravinanın prezident vəzifəsindən istefasından sonra düzgün hesab etdiyim addımı atmaqda sərbəst oldum".

Mövzular:
Buffon futbolçu milli

Digər Xəbərlər