Reklam resmi
Reklam resmi

Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir

Paşinyan: Başımıza gələn müsibətlərin baiskarı Stalindir
Dünya

“Ermənistanda indiyədək mövcud olan “vətənpərvərlik modeli” SSRİ və İosif Stalin tərəfindən formalaşdırılıb”.

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“2021-ci ildə “vətənpərvərlik modeli” barədə danışmaq fürsətim olmuşdu. Bizim Sovet İttifaqında, İkinci Dünya müharibəsindən sonra və əsasən Üçüncü Respublikada yaşadığımız “vətənpərvərlik modeli” Stalin tərəfindən yaradılıb. Bunun bizimlə heç bir əlaqəsi yoxdur,” - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan öz kimliyinə qayıdır və bu kimlik dövlətlə bağlıdır:

“Biz Stalin dövrünün “vətənpərvərlik modeli”ndən imtina edirik. Bizim kimliyimiz bizim dövlətimizdir”.

Mövzular:
Nikol Paşinyan Ermənistan

Digər Xəbərlər