Reklam resmi
Reklam resmi

Rusiyanın məşhur futbol klubu oyunçunu QOVDU

Rusiyanın məşhur futbol klubu oyunçunu QOVDU
Dünya

Kamerunlu yarımmüdafiəçi Mumi Nqamalyo intizam qaydalarını pozduğu üçün Rusiyanın "Dinamo Moskva" klubu ilə yollarını ayırıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu qüvvədə olan müqaviləsinə baxmayaraq, komandanın təlim-məşq toplanışına qatılmayıb. Bu səbəbdən o, iyun ayı üzrə maaşından cərimələnəcək.

Qeyd olunur ki, Nqamalyo daha əvvəl də sevgilisinin məşqçilər heyəti ilə yaşadığı mübahisəyə görə klubdan ayrılmaq təhlükəsi ilə üzləşmişdi.

Mumi Nqamalyo "Dinamo Moskva"nın heyətində ümumilikdə 117 oyunda meydana çıxıb və 21 qola imza atıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dinamo Moskva Mumi Nqamalyo Rusiya

Digər Xəbərlər