Reklam resmi
Reklam resmi

Azərbaycanda hər vətəndaş 629 manatlıq ödənişli xidmətdən istifadə edib

Azərbaycanda hər vətəndaş 629 manatlıq ödənişli xidmətdən istifadə edib
Maliyyə

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 milyard 459,2 milyon manat olub.

Ajans.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,6 % çoxdur.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 921,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 %-ini təşkil edib.

Yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 629,1 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. (iqtisadiyyat.az)

Mövzular:
ödəniş xidmət manat

Digər Xəbərlər